Bakı şəhərinin 4 nöqtəsində xidmət göstərən MAYSON CAR CLUB servis mərkəzlərində diaqnostik, mühərrik və mexaniki/avtomat sürət qutusunun yağının, əyləc astarının, yanacaq filterinin və nasosun, lampanın, akumlyatorun, motor kəmərin, amortizatorun, əyləc astarının, radiatorun dəyişdirilməsi işlərini görürük.
MAYSON CAR CLUB Servis Mərkəzlərində yağ dəyişmə zamanı Castrol, Gulf, Comma yağlarından istifadə olunur və göstərilən xidmətə, detallara 12 ay zəmanət verilir..
Benzin və dizel mühərrikli avtomobillər üçün düzgün yağ seçimindən əlavə düzgün filterlərin və orijinal ehtiyar hissələri istifadə edilməsi mühərrikin ömrünü uzadır. Bizdə hər markaya görə həm yağ, həm də yanacaq filterləri mövcuddur.
Köhnəlmiş şamlar akumlyatordan dinamoya enerji ötürmə gücünü aşağı salar, nəticə mühərriki işə salmada problem yaranır və 1-ci dəfədən mühərrik işə düşməyə bilər. MAYSON CAR CLUB Servis mərkəzlərində şamların dəyişdirilməsi xidmətini göstərir və istifadə edilən detallar orijinaldır.
Lampanın düzgün işləməsi onun elektrik sistemindən asılıdır. Düzgün yanan avtomobil lampaları gecə vaxtı yolu yaxşı işıqlandırmaya və təhlükəsiz olaraq mənzil başına çatmaq üçün vacib avtomobil detallarından biridir. MAYSON CAR CLUB avtomobil servis mərkəzlərində hər növ avtomobillərin lampaların dəyişdirilməsi xidmətini göstərir.
Akumlyator elektrik enerjisini kimyasal enerji olaraq rezerv olaraq saxlayan və ehtiyac yarandıqda elektrik enerjisi verən avtomobil detalıdır. Servis mərkəzlərimizdə həm akumlyatorun satışı, həm də texniki xidmət üzrə iş görülür.
Kəmərin yeyilməsi və yararsız hala düşməsi mühərrikdə ciddi problemlərin yaranmasına səbəb olur. Vaxtında kəmərin dəyişdirilməsi mühərrikdə digər detallara zərərin qarşısını alır. MAYSON CAR CLUB olaraq tək yağ dəyişmə deyil, həmçinin kəmərin dəyişilməsi xidmətini göstərir
Motorun soyutma sisteminin düzgün şəkildə işləməsi üçün radiatorun saz vəziyyətdə olması vacibdir. Yay aylarında yarpaq-qum, qış aylarında palçıq və s. maşınların radiatoruna dola bilir. Uzun tıxaclarda avtomobilin mühərrikinin qaynatmasına səbəb radiatorun çirklənməsidir. MAYSON CAR CLUB servislərində əməkdaşlarımız tərəfindən həm təmizlənməsi və dəyişdirilməsi xidməti göstirilir
Avtomobilin amortizator sistemi sürüş əsasında çala-çuxur yollarda titrəyişi azaldan, döngələrdə avtomobilin stabilliyini qoruyan detallardan biridir. Amortizatorda yaranan hər hansı bir problem avtomobilin idarəetməsində çətinliyə səbəb olur. Avtomobilinizin amortizator sisteminin yoxlanılması, təmiri və dəyişdirilməsi üçün ən yaxın servis filiallarımıza yaxınlaşa bilərsiniz.
Əyləc sistemi sizin və digər nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin edən 3 əsas vacib avtomobil hissələrindən biridir. Əyləc mayesinin və əyləc qəliblərinin normada olması avtomobilinizi rahat dayanmasına imkan verir. MAYSON CAR CLUB avtomobil servis filiallarında əyləc qəlibinin dəyişdirilməsi və mayesinin artırılması xidməti göstərilir.
Avtomobillərin sürət qutuları illər keçdikcə mürəkkəbləşdiyi üçün təhlükəsizlik baxımından texnolojiq olaraq inkişaf etmiş və keyfiyyətli yağlara ehtiyac yaranır. Avtomobilin əsas hissəsindən biri olan ötürücü sürət qutusunun düzgün və problemsiz işləməsi üçün vaxtında və istehsalçının tövsiyyə etdiyi avtomobil ötürücü sürət yağlarından istifadə edilməlidir.
Uzun ömürlü mühərrikə, hər zaman yüksək performanslı, təhlükəsiz sürüş və yanacaq sərfiyyatına malik avtomobil istəyirsizsə o zaman hər 3-6 aydan bir avtomobilinizin diaqnostika etdirməyinizi tövsiyyə edirik. MAYSON CAR CLUB avtomobil servis mərkəzlərində həm vizual, həm də elektron diaqnostika etdirə bilərsiniz.
Mühərrikin hərəkəti ilə enerjini elektrik enerjisinə çevirən qurğuya dinamo deyilir. Dinamo daimi olaraq akumlyatoru enerji ilə təmin edir və avtomobilin çalışması üçün enerjini təmin edir. MAYSON CAR CLUB servislərində dinamonun təmiri və dəyişdirilməsi xidməti göstərilir.
Starter, mühərriki akumlyatordan aldığı enerji ilə hərəkətə gətirən sistemdir. Açarı çevirən zaman dişli valı hərəkətə gətirən və mühərrikə hava-yanacaq qarşımının dolmasına, pistonların ilk hərəkətlənməsi işini görən starter avtomobildə vacib sayılan detallardan biridir. Starterdə yaranan hər hansı bir problemin aradan qaldırılması üçün MAYSON CAR CLUB servis filiallarından birinə yaxınlaşmağınız kifayətdir. Peşəkar ustalarımız həm starterin təmirini edəcək, həm də avtomobildə digər problemlərin aradan qaldırımasını təmin edəcəklər.
Mühərrik avtomobildə olan benzini, dizeli və LPG-ni mexaniki enerjiyə çevirərək avtomobilin hərəkətini təmin ədəd əsas mexanizmadır. Forsunka mühərrikin ehtiyacı olan hava-yanacaq qarışımını nəzarətdə saxlayan və təmin edən sistemdir. Əgər avtomobilinizdə boğulmalar və performans azalması baş verirsə ən yaxın MAYSON CAR CLUB servis filiallarından birinə müraciət etməyiniz tövsiyyə olunur.
Avtomobilinizin kondisioneri hər mövsümdə yoxlanılması və texniki qulluq edilməsi baxımından standart detallardan biridir. Kondisionerin yoxlanılması, təmiri, filterin dəyişdirilməsi, qaz sızıntısının yoxlanılması, freon qazının əlavə olunması, kondisioner yolların təmizlənməsi, kompressorun və termostatın təmiri daxildir. MAYSON CAR CLUB olaraq digər 14 xidmətlər yanaşı bu xidmətidə göstəririk.
"Bakının Yasamal, Səbayıl, Xətai və Sabunçu rayonunda yerləşən avtoservis mərkəzləri həftənin 7 günü xidmətinizdədir. Aşağıda qeyd olunan siyahıda xidmətlərimiz və onların qiymətləri haqqında ətraflı məlumat ala bilərsiniz.."