Mayson Car Club-un peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik.
Mayson Car Club-un filiallarında administrator vəzifəsində çalışacaq xanım namizədləri işə dəvət edirik.
İş barədə məlumat
- Sürücülük kursları şirkət tərəfindən ödənilir
- Sürücülük vəsiqəsini almaqda köməklik
- Şirkət maşını ilə təmin olunur (təcrübə stajindan sonra)
- Əmək haqqı 400 AZN, rəsmi bank kartı ilə
- Telefon, nömrə, balans və kompyuter ilə təmin olunur
- 6 iş günü / 1 istirahət günü
- Müştərilərin qarşılanması və qeydiyyatı
- Telefon zənglərinə cavab verilməsi
- Administratora inzibati işlərdə dəstək
- Xidmətlərin keyfiyyətli və ən yüksək səviyyədə göstərilməsi
- Rəhbərliyə gündəlik hesabatların göndərilməsi
- Pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanılmasını təmin edən qaydalara mütləq riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirmək
- Kassa hesabatını tərtib etmək
- Malın alınma zamanı çeşidi, sayını, qiymətini yoxlamaq və satışa hazırlamaq
- Malın üzərinə qiyməti yerləşdirmək, malların rəflərə səliqəli şəkildə düzmək, rəflərin təmizliyinə nəzarət etmək
- İşin axırında çekləri və pulu hesablamaq və təhvil vermək, satılmayan malları yığışdırmaq