Mayson Bonus Sistemi daimi və yeni müştərilər üçün sərfəli xidmətlər təklif edən bir sistemdir. Hər bir bonus kartının özünə xas üstünlükləri vardır. Kartlar alına bilər və 2-ci bir şəxsə satılması qadağandır.
Servis Plus sistemi, 11 adda xidmətdən 12 ay ərzində ödənişsiz və limitsiz istifadə edə biləcəyiniz pulsuz xidmətlər proqramıdır. Kartın qiyməti 50 manatdır. Bu proqrama qoşulan zaman siz aşağıda göstərilən 11 xidmətdən pulsuz və limitsiz olaraq 12 ərzində yararlana bilərsiz. Xidmətlərə daxil olan avtomobil ehtiyat hissələrini və detalları Mayson Car Clubdan alınmalıdır.
Bu kart taksi sürücüləri üçün sərfəli bonus kartıdır. Gün ərzində 500 km-dən çox yol qət edən zaman avtomobilin əsas detalları dəyişilməlidir. Həm vaxta, həm də cibə xeyri olan bonus kartının xidmətlərindən 12 ay ərzində pulsuz və limitsiz yararlana bilərsiz. Bundan başqa digər 7 xidmətdən istifadə etdikdə 15% endirim qazanırsız.
"Corporate" kartı özəl biznes sektorlarında çalışan müştərilərimiz üçün nəzərdə tutulubdur. Bu kartı adətən şirkət adından öz işçilərinə hədiyyə kimi verilir. Aşağıda göstərilən xidmətlər 1 il boyu pulsuz və limitsizdir. Kartın dəyəri 150 manatdır.