Haqqımızda - Mayson Car Club
testimonials banner

Mayson Car Club (MCC)  - Bakıda yerləşən sertifikatlı və peşəkar ustalara sahib müasir avtomobil servis şəbəkəsidir. Servis mərkəzlərində avtomobillərin yağlama, 15 adda məhsulları təqdim edir və bunlara texniki xidmət göstərilir. 

2017-ci ildən başlayaraq müxtəlif avtomobil markalarına Bakının 3 nöqtəsində yerləşən servis mərkəzlərimizdə sürətli və peşəkar ustalarımız ilə xidmət göstəririk. Mərkəzimizdə müştərilərimizin rahatlığını təmin etmək üçün gözləmə otaqlarımız da mövcuddur və avtomobilinizə rahatlıqla nəzarət edə bilərsiniz.

Mayson Car Club fəaliyyətə başladığı gündən daimi inkişaf edir. Biz daima olaraq xidmət səviyyəsini genişləndirir və ustalarımızın peşəkarlığını artırırıq. Avtomobil təmiri işində məsuliyyət ən vacib amillərdən biridir. Mayson Car Club olaraq gördüyümüz hər bir işə yazılı zəmanət veririk və xidmət zamanı avtomobiliniz tərafdaş sığorta agentlikləri tərəfindən sığortalanır. 

Mayson Car Club müasir texniki avadanlıqlar və peşəkar ustalarımız ilə müxtəlif markalı avtomobillərin diaqnostikasını, təmirini həyata keçirən ilk etibarlı yağlama mərkəzidir. 

uCoz